Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Soyuq əllər, isti ürək: Mələklər" Yeni il xeyriyyə yarmarkasında "Səs - Mələklərin qonağı!" adlı aksiya keçiriləcək!

"Soyuq əllər, isti ürək: Mələklər" Yeni il xeyriyyə yarmarkasında "Səs - Mələklərin qonağı!" adlı aksiya keçiriləcək!

Soyuqda gəzmək daha çox kalori yandırır? (18 Fevral 2017 02:58)
Millət vəkili insanları qanvermə aksiyasına dəvət etdi (14 Fevral 2017 16:52)

Tarix: 23 Dekabr 2015 13:27

Dekabrın 26-sı və 27-si Nargis Fund və Amapola Exclusive Events-in təşkilatçılığı ilə "Soyuq əllər, isti ürək: Mələklər" Yeni il xeyriyyə yarmarkasında "Səs - Mələklərin qonağı!" adlı aksiya keçiriləcək! Aksiyada xalq artisti Faiq Ağayev, əməkdar artist Tünzalə Ağayeva, xalq artisti Mübariz Tağıyev və əməkdar artist Manana Caparidze öz komandaları ilə birgə çıxış edəcəklər.

Ayın 26-na nəzərdə tutulmuş konsert proqramı saat 18.30-da aparıcı Tural Əsədovun təqdimatı ilə başlanacaq. Proqramda "O Səs - Azərbaycan" iştirakçıları ilə yanaşı, internat evinin uşaqlarının çıxışı da nəzərdə tutulub.

Dekabrın 27-si saat 19.00-da başlanacaq "Soyuq əllər, isti ürək: Mələklər" xeyriyyə yarmarkasının möhtəşəm bağlanış mərasimində "O Səs Azərbaycan"  iştirakçıları ilə birgə xalq artisti Zülfiyyə Xanbabayeva, müğənni Miri Yusif, Jam SS rəqs məktəbi - Nərminə Əsədovanın şagirdləri iştirak edəcəklər.

Gecənin aparıcıları Tural Əsədov və Kamilə Babayeva olacaqlar. Bu möhtəşəm  aksiyaya hər kəsi dəvət edirik!

İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az


Teqlər:  Soyuq əllər isti ürək Mələklər Yeni il xeyriyyə yarmarkasında Səs Mələklərin qonağı adlı aksiya keçiriləcək



RƏYLƏR


Top xəbərlər