Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Putin prezident İlham Əliyevin doğum gününü təbrik edib

Putin prezident İlham Əliyevin doğum gününü təbrik edib

Date: 23 December 2015 13:29

 

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan  Prezidenti  İlham Əliyevi ad günü münasibətilə təbrik edib.

Lent.az-ın president.az-a istinadən məlumatına görə, təbrik məktubunda belə deyilir:

 

"Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan Sizin rəhbərliyiniz ilə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, regional və beynəlxalq gündəlikdəki mühüm məsələlərin həllində fəal rol oynayır.

Siz bizim ölkənin əsl dostu kimi, müxtəlif sahələrdə qarşılıqlı faydalı Rusiya-Azərbaycan əməkdaşlığının möhkəmlənməsinə böyük şəxsi töhfə verirsiniz. Ümidvaram ki, Sizinlə yoldaşcasına ünsiyyətimiz və ölkələrimizin qardaş xalqlarının rifahı naminə sıx birgə işimiz davam edəcək.

Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, uğurlar diləyir, ən xoş arzularımı bildirirəm".

 


Tags:  Putin prezident İlham Əliyevin doğum gününü təbrik edib


RƏYLƏR


Top news