"İki-üç aya həmin ehtiyat bitəcək, onda qiymətlər bu mallara da təsir göstərəcək"

"İki-üç aya həmin ehtiyat bitəcək, onda qiymətlər bu mallara da təsir göstərəcək"
13:32 23 Dekabr 2015
106 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda yumurtanın qiyməti 25 faiz artıb.

Bunu Trend-ə Azərbaycan Quşçuluq Çəmiyyətinin sədri Aydın Vəliyev deyib.

Onun sözlərinə görə, əvvəllər yumurtanın topdansatış qiyməti 11-12 qəpik idisə, bu qiymətlər bu gün 14-15 qəpiyə yüksəlib: "Qiymət artımının əsas səbəbi yumurta istehsalı üçün tələb olunan yem, yem əlavələri, baytarlıq preparatları və avadanlıqların xaricdən idxal edilməsidir. Yumurta gündəlik istehsal edilir, buna görə də qiymət artımı ona daha çox tez təsir etdi. Yumurtanın qiymətinin bundan sonra bahalaşağı hələlik gözlənilmir. Amma dolların qiyməti yenə də bahalaşsa, onda sözsüz ki, bu, yumurtanın da qiymətinə təsir edəcək".

A.Vəliyev deyib ki, Azərbaycanda istehsal olunan yumurta bu gün yerli tələbatı tam olaraq ödəyir: "Yumurta istehsalında ixrac potensialı da var. Ancaq yumurtaya bu gün tələbat artdığından ixrac potensialı da yerli tələbata sərf edilir".

A.Vəliyev qeyd edib ki, hələlik quş əti məhsullarında qiymət artımı baş verməyib: "Toyuq və toyuq ətlərinin ehtiyatı hələlik şoxdur, çox istehsal edilib. Xaricdən donmuş toyuq əti gətirildiyindən yerli mallar yaxşı satılmır. Təxminın 2-3 aya həmin ehtiyat bitəcək, yəqin ki, onda qiymətlər bu mallara da təsir göstərəcək".

A.Vəliyev qeyd edib ki, bu ilin 9 ayı ərzində ölkədə 70-80 min ton quş əti tələbatına qarşı 106 min ton quş əti istehsal edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/392513.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR