Bakının ictimai nəqliyyatında gediş haqqının yeni ödəniş metodu tətbiq ediləcək

Bakının ictimai nəqliyyatında gediş haqqının yeni ödəniş metodu tətbiq ediləcək
13:33 23 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Hüseyn Vəliyev - Trend:

Bakının ictimai nəqliyyatında təmassız ödənişlərin yeni metodu tətbiq ediləcək. Bunu Trend-ə həmin metodun layihəsinə yaxın mənbə deyib.

Onun sözlərinə görə, yeni metod xüsusi stikerlərdən istifadə etməklə gediş haqqının ödənişini nəzərdə tutur: "Stikerlər "hazırda istifadə edilən nəqliyyat "Bakı Kart"larının standartları üzrə hazırlanacaq".

Mənbə qeyd edib ki, stikerlər digər formada hazırlanacaq: "Stikerlər kiçik yumru yapışqan formasında olacaq. Onları mobil telefonin səthinə vurmaq və ya pul kisəsində daşımaq olar. Stikerlərin qiyməti hələ müəyyən edilməyib, lakin onların qiyməti 0,50 manatı ötməyəcək".

Balansı istənilən rahat qurğudan doldurmaq olar. Bunlar "Bakı Kart"ın balansını doldurmaq üçün aparatlar, nağd vəsaitin qəbulu üçün ödəniş terminalları (MilliÖN, eManat, ExpressPay və digərlər) ola bilər. Bundan başqa, stikerlərin balansını "Azərpoçt"un poçt şöbələrində və banklarda (Unibank, Express bank, ATA bank və s.) doldurmaq mümkün olacaq.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2473076.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR