Dövlət Sosial Müdafiə Fondu Sabirabadda regional “Açıq qapı” günü-vətəndaş forumu keçirib

Dövlət Sosial Müdafiə Fondu Sabirabadda regional “Açıq qapı” günü-vətəndaş forumu keçirib
13:33 23 Dekabr 2015
55 Digər
Ölkə mətbuatı
A- A+

Zərifə Əliyevanın doğum günü münasibətilə aksiya keçiriləcək (26 Aprel 2017 18:19)
Çətin vəziyyətdə qalan şəxs xilas olunub (11 Aprel 2017 18:31)
Bağlı qapı arxasında qalan Bakı sakini (08 Aprel 2017 23:03)


Sabirabad, 23 dekabr, Mahir Babayev, AZƏRTAC
Dövlət Sosial Müdafiə Fondu “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq dekabrın 23-də Sabirabad rayonunda növbəti regional “Açıq qapı” günü-vətəndaş forumu keçirib.
AZƏRTAC xəbər verir ki, Sabirabad, Hacıqabul rayonlarından və Şirvan şəhərindən olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçıların qatıldığı “Sosial sığorta müavinətlərinin ödənişinin avtomatlaşdırılması” mövzusuna həsr olunan tədbirdə iştirakçıların əsasən sosial sığorta müavinətlərinin ödənişinin avtomatlaşdırılmasına dair sualları cavablandırılıb, bu məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb.
Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Famil Qədimov müzakirələrin gedişində bildirib ki, çoxsaylı pensiyaçı və sosial sığortaolunanlar kontingentinə qabaqcıl beynəlxalq təcrübəyə uyğun avtomatlaşdırılmış xidmətin təşkili məsələlərinin həllində Fond öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır. F.Qədimov qeyd edib ki, ölkəmizin sığorta-pensiya sistemində təqdim olunan elektron xidmətlər pensiyaçılar, sığortaedənlər və sığortaolunanlar üzrə olmaqla üç istiqamətdə aparılır. Hazırda Fondun mərkəzi məlumat bazasında 1 milyon 294 mindən çox pensiyaçı, 3 milyon 165 minə yaxın sığortaolunan barədə müvafiq məlumatlar toplanıb ki, bu da ölkə əhalisinin 45 faizini təşkil edir.
Forumda “Elektron hökumət” portalının statistikasına əsasən Fondun göstərdiyi elektron xidmətlərin ən çox istifadə olunan xidmətlər sırasında yer aldığı diqqətə çatdırılıb. Bildirilib ki, sosial sığorta haqları hesabına ödənilən müavinətlərlə bağlı sığortaedənlərə göstərilən elektron xidmətlər hər bir müavinət növü üzrə ayrı-ayrılıqda təşkil olunub. Bu xidmətlər 5 növ müavinətlər üçün müraciətlərin Dövlət Sosial Müdafiə Fonduna elektron qaydada təqdim olunmasını nəzərdə tutur. Bunlar əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma, uşağın anadan olmasına, uşağa qulluğa görə müavinətlər və dəfn üçün müavinətdir. Qeyd olunub ki, qüvvədə olan qanunvericiliyə əsasən, müavinətlərin təyin olunması işçinin işlədiyi sığortaedəndə fəaliyyət göstərən müvafiq komissiya tərəfindən həyata keçirilir. Sonra zəruri sənədlər sığortaedən tərəfindən müraciətlə birgə DSMF orqanına elektron qaydada təqdim olunur və müavinət bilavasitə işçinin plastik kart hesabına ödənilir.
Tədbirdə bildirilib ki, sığorta-pensiya sisteminin yeni inkişaf mərhələsində prioritet hədəflər Azərbaycan Respublikasının Prezidentinin 2014-cü il 4 noyabr tarixli Sərəncamı ilə təsdiqlənən “2014-2020-ci illərdə pensiya təminatı islahatı konsepsiyası” çərçivəsində müəyyən olunub. Bu konsepsiya ölkəmizdə pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin müvafiq təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olunması məqsədi daşıyır.
Daha sonra tədbir iştirakçıları Fondun göstərdiyi elektron xidmətlər, eləcə də məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin təyin edilməsi, hesablanması və ödənilməsi ilə bağlı şərt və qaydalar, müavinətlərin təyin olunması üçün zəruri sənədlər, qanunvericilikdə müəyyən edilmiş tələblər, sığorta-pensiya sisteminin fəaliyyət istiqamətləri barədə ətraflı məlumatlandırılıb.
Diskussiyalarla davam etdirilən “Açıq qapı” günü-regional vətəndaş forumunda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, təklifləri müzakirə olunub.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Azərbaycanda məktəbli oğlanın DƏHŞƏTLİ SONU - TƏFƏRRÜAT

01 May 2017 10:39

Nəsimi Paşayev əməliyyat olundu

01 May 2017 10:37

QMİ sədri: "Azərbaycanda heç vaxt dini zəmində münaqişə baş verməyib"

01 May 2017 10:37

"Fənərbağça"da ciddi itki

01 May 2017 10:37

“Google Chrome” brauzeri hər bir təhlükəli veb səhifə haqda xəbərdarlıq edəcək

01 May 2017 10:35

İlham Əliyev Bakı Ali Neft Məktəbinin kampusunun açılışında iştirak edib

01 May 2017 10:35

"Apamark" müştəriləri ilə daha sıx əlaqədə olacaq

01 May 2017 10:34

İslamiada zamanı kimlər nəqliyyatdan pulsuz istifadə edəcəklər? - RƏSMİ

01 May 2017 10:32

3 tələbə evə çağırdıqları qızları döyüb sosial şəbəkədə VİDEOlarını paylaşdılar - FOTO

01 May 2017 10:32

Müdafiə nazirinin müavini: "Ukrayna və Azərbaycan bir sıra sahələrdə fəal əməkdaşlıq edir"

01 May 2017 10:32

Prezident İlham Əliyev Bakı Ali Neft Məktəbinin kampusunun açılışında iştirak edib

01 May 2017 10:29

"Qafqazın fatehi"nin çürüməyən cəsədi - İNANILMAZ DETAL

01 May 2017 10:28

Oksana üçün özəl gün - FOTO

01 May 2017 10:27

"Qəbələ"nin hücumçusu: "Final oyununda komandamız qələbəyə köklənib"

01 May 2017 10:27

Kliçkonu məğlub edən Coşua: "Milyonlar həyatımı dəyişməyəcək" - VİDEO - FOTO

01 May 2017 10:27

Azərbaycan-Türkiyə birgə taktiki təlimləri başlayıb

01 May 2017 10:26

Ağstafada 4 avtomobil körpüsünün tikintisi yekunlaşır (VİDEO/FOTO)

01 May 2017 10:22

Dövlət Dəniz Administrasiyasında “E-hökumət” portalından istifadə ilə bağlı tədbir keçirilib (FOTO)

01 May 2017 10:22

AİF xətti ilə verilən kreditlərin həcmi 795 mln. maata çatıb

01 May 2017 10:22

"Başakşəhər" klubundan tarixi uğur

01 May 2017 10:22

Azərbaycan-Türkiyə birgə taktiki təlimləri başladı

01 May 2017 10:19

Qanamanı 10 saniyədə dayandırır

01 May 2017 10:19

Azərbaycanlı xoreoqraf "Eurovision" təmsilçimiz üçün MÖHTƏŞƏM SƏHNƏ ŞOUSU hazırladı - VİDEO/FOTO

01 May 2017 10:18

Aktrisa doğum günündə o qədər içdi ki, ayaq üstə dayana bilmədi - FOTO

01 May 2017 10:17

Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verilib

01 May 2017 10:17

Təyyarə hava burulğanına düşdü

01 May 2017 10:16

Şəkidə meşədə qətl - Qaynını güllələdi

01 May 2017 10:15

İslam Oyunları vaxtı bu şəxslər avtobuslardan pulsuz istifadə edəcək

01 May 2017 10:14

Bu gündən ictimai nəqliyyatdan istifadə PULSUZDUR - FOTO

01 May 2017 10:13

Xoşqədəm məğlub oldu - VİDEO

01 May 2017 10:12

"Malaqa" "Sevilya"ya qarşı

01 May 2017 10:12

Bakıda görünməmiş fırıldaq - Taxta soxurlar ki... - FOTO

01 May 2017 10:12

Bu gündən avtomobillərdə pərdə və jalüzlərin istifadəsinə icazə verilib

01 May 2017 10:12

Məşhur müğənninin əməliyyatdan əvvəlki halı - FOTO

01 May 2017 10:12

"Sarı zolaq"laq bu gündən yoxsa mayın 5-dən keçərlidir...?

01 May 2017 10:12

Pirallahıda 2 nəfər maşının altında qalıb öldü

01 May 2017 10:09

ŞOK AİLƏ DRAMI – Qardaşlarını və onların həyat yoldaşlarını öldürdü – FOTOLAR

01 May 2017 10:08

Mayın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

01 May 2017 10:08

“Petkim”də iki yeni müəssisənin yaradılması planlaşdırılır

01 May 2017 10:07

Macarıstan XİN-in mədəniyyət məsələləri üzrə dövlət katibi Azərbaycana səfər edəcək

01 May 2017 10:07

Azərbaycanda yüksək vəzifəli şəxsin səhhəti pisləşdi

01 May 2017 10:06

"Bursaspor" "Qalatasaray"ı qəbul edir

01 May 2017 10:05

Bakıda 20 yaşlı motosikletçi faciəvi şəkildə öldü

01 May 2017 10:04

ATV-nin yayımı dayandırıldı - SƏBƏB

01 May 2017 10:03

Xızıda 14 yaşlı yeniyetmə özünü asaraq intihar edib

01 May 2017 10:02

SABAH qruplarının tələbələri Azercell-də təcrübə keçəcək

01 May 2017 10:01

İzzət Kərbəlaya getdi - VİDEO

01 May 2017 09:57

Politoloq: "Mədəniyyətlərarası Dialoq Forumu dinlərarası birgəyaşayış platforması kimi Azərbaycanın rolunu gücləndirəcək"

01 May 2017 09:57

May ayının ilk günündə manatın MƏZƏNNƏSİ

01 May 2017 09:57

"Arsenal"-dan növbəti məğlubiyyət

01 May 2017 09:55