Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Qan ağlayan" Binə və Sədərək (FOTO)

"Qan ağlayan" Binə və Sədərək (FOTO)

Date: 23 December 2015 13:36

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar nəticəsində dolların bu günə olan məzənnəsinin 1,5523 manat miqdarında müəyyən edilməsi paytaxtın "Binə" və "Sədərək" kimi iri ticarət mərkəzlərinə də öz təsirini göstərib.

ANS PRESS-in məlumatına görə, "Sədərək" ticarət mərkəzində mağazalar bir hissəsi bağlansa da , fəaliyyətini davam etdirənlər də var. Dolların bahalaşması əhalinin alıcılıq qabiliyyətinin daha da aşağı düşməsinə səbəb olub. Bunu satıcılar da təsdiq edirlər. Bildirirlər ki, bu ilin əvvəlindən etibarən insanların alıcılıq qabiliyyəti aşağı düşüb. Ancaq son günlər baş verən hadisələr vəziyyəti daha da pisləşdirib.


Ticarət mərkəzinin mağazaları


Satıcı Yasın Məmmədov deyir ki, düzdür son proseslərdən sonra ticarət mərkəzinin rəhbərliyi qiymətdə 100 manat endirim edib: "Əvvəllər alver yaxşı idi və icarəni ödəmək də bizim üçün heç narahatlıq törətmirdi. Ancaq hazırda alver yoxdur deyə icarə qiyməti aşağı salınsa da biz yerpulunu cibimizdən ödəyirik. Dolların yüksəlməsi isə bizim bazarımızı tamamən iflic etdi. Hazırda gördüyünüz kimi ticarət mərkəzinin əksər mağazaları açıqdır, ancaq demək olar ki, hər gün boş-boşuna açıb bağlayırıq. Belə getsə yaxın günlərdə yaxın vaxtlarda məcbiri olaraq mağazanı boşaltmalı olacağıq".



Satıcı bütün bu problemlərə baxmayaraq qiymətləri qaldırmadıqlarını bildirir: "Onsuzda insanların alıcılıq qabiliyyəti aşağıdır, mağazaya gələn azdır. Qiymətləri qaldırsaq heç kim qapımızı açmaq. Həm də məhsulları manatın ucuzlaşmasından əvvəl gətirmişik deyə hələlik o qədər də zərərə uğramamışıq. Əlimdəki məhsullar qurtarıb yeni mallar gətirməyə getdikdə isə baha alacağım üçün məcbur olub baha da satmalıyam. Ancaq düşünürəm ki, baha satandan sonra vəziyyətimiz daha da ağırlaşacaq".



Müşahidə apardığımız zaman ticarət mərkəzində insanların olduğunu müşahidə etsdək də, onlar alış-veriş etmirdilər, sadəcə baxmaqla kifayətlənirdilər. Qalanları isə ticarət mərkəzinin işçiləri idilər.

"Sədərək" ticarət məkəzindən fərqli olaraq "Binə"də vəziyyət bir az fərqli idi. Həmin ticarət mərkəzində mağazaların boşaldığı, alıcıların isə həddən artıq az olduğu müşahidə edilirdi. Daha çox mağazaların üzərində isə "İcarəyə verilir" yazıları görmək mümkün idi.


Boş qalan ticarət mağazalar


"Sədərək"dən nisbətən fərqli olaraq burada satıcılar, alverin tamamən dayandığını, insanların məcbur qalıb mağazaları boşaltdığını bildirirlər. Satıcılarla söhbətimizdə onlar bütün bu proseslərə baxmayaraq icarə haqqının azladılmadığını bildirdilər.

Ticarət mərkəzinin ərazisində nadir hallarda görünən alıcılardan Sevinc Qurbanova ilə söhbətimizdə əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinə baxmayaraq bəzi mağazaların dolların bahalaşmasından istifadə edib qiymətləri qaldırdıqlarını bildirdi: "Qızıma papaq almaq istəyirəm. Xoşuma gələn papağın qiyməti 8 manatdır. Deyirəm axı bu papaq 4-5 manatdır. Satıcı deyir ki, məhsulu dünən gətirib. Deyir ki, əvvəl o həmin papağı 4 manata aldığı üçün 5 manata satırdı. Ancaq indi xaricdən gəldiyi üçün 7 manata alır və məcbur olub 8 manata da satır".


Boş qalan mağazalardan biri

Bir vaxtlar paytaxt və rayon camaatının, eləcə də Rusiyanın Dağıstan və başqa respublikalarının əhalisinin əsas üz tutduğu iki böyük ticarət mərkəzi sürətlə boşalmağa başlayır. Buna əsas səbəb dolların qalxmasıdır. Təkcə Rusiyanın vilayətlərindən gələn alıcılar sahəsində son bir ilə qədər qaz vurub qazan dolduran satıcılar indi müştəri gördükdə onu əldən buraxmamaq üçün əllərindən gələni edirlər.

Görünən odur ki, üzən məzənnəyə keçdiyimiz üçün dolların qalxması bu bazarlarda onsuzda az olan alıcıların sayının minumum həddə düşməsinə səbəb olacaq. Burada satıcını da, alıcını da qınamaq olmaz. Çünki baha alan baha satacaq, ucuzu almağa pulu olmayan isə bahanı heç ala bilməyəcək.



Tags:  Qan ağlayan Binə Sədərək FOTO


RƏYLƏR


Top news