Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Putindən İlham Əliyevə doğum günü təbriki

Putindən İlham Əliyevə doğum günü təbriki

Date: 23 December 2015 13:41

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti ilham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.
 
Axşam.az-ın xəbərinə görə, təbrik mətnində deyilir:

“Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan Sizin rəhbərliyiniz ilə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, regional və beynəlxalq gündəlikdəki mühüm məsələlərin həllində fəal rol oynayır.

Siz bizim ölkənin əsl dostu kimi, müxtəlif sahələrdə qarşılıqlı faydalı Rusiya-Azərbaycan əməkdaşlığının möhkəmlənməsinə böyük şəxsi töhfə verirsiniz. Ümidvaram ki, Sizinlə yoldaşcasına ünsiyyətimiz və ölkələrimizin qardaş xalqlarının rifahı naminə sıx birgə işimiz davam edəcək.

Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, uğurlar diləyir, ən xoş arzularımı bildirirəm”.

Tags:  Putindən İlham Əliyevə doğum günü təbriki

RƏYLƏR


Top news