Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Fövqəladə hallar naziri Şabran şəhərində vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Şabran şəhərində vətəndaşları qəbul edəcək

Date: 23 December 2015 13:43


Bakı, 23 dekabr, AZƏRTAC
Dekabrın 25-də saat 11.00-dan Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən Şabran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında vətəndaşların qəbulu keçiriləcək.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda yalnız Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.
Vətəndaşların qeydiyyatı dekabrın 24-də saat 9.00-da Şabran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında (ünvan: Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi 75) başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə telefonu: +994 (12) 512-01-14, e-mail: info@fhn.gov.az

Tags:  Fövqəladə hallar naziri Şabran şəhərində vətəndaşları qəbul edəcək


RƏYLƏR


Top news