Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bank rəhbərləri hüquq-mühafizə orqanlarına müraciət etdi

Date: 23 December 2015 13:48

Bakı. Trend:

Son günlərdə bəzi şəxslər dələduzluqla məşğul olaraq, sosial şəbəkələrdə, xüsusilə də whatsapp-da ölkənin bir sıra aparıcı bankları haqqında anti təbliğat çağırışlar yayırlar.

Bank sektorundan Trend-verilən məlumata görə, bu məsələnin araşdırılması və bu qanunsuz əməllərin aşkara çıxarılması üçün bir sıra kommersiya banklarının rəhbərliyi tərəfindən hüquq- mühafizə orqanlarına müraciət edilib. Ən qısa müddətdə bu dələduzluqla məşğul olan şəxs və ya şəxslərin şəxsiyyəti müəyyənləşdirilərək, qanunvericilik çərçivəsində tədbirlər görüləcək.

Kommersiya banklarının rəhbərləri bu dələduzluq əməllərini mövcud vəziyyətdən sui-istifadə edərək siyasi- iqtisadi stabilliyi pozmağa, bank müştəriləri arasında məqsədli şəkildə təşviş yaratmağa yönəlmiş addımlar hesab edərək, bu qanunsuz əməlləri qəti şəkildə pisləyirlər. Yuxarıda qeyd olunan dələduzluq əməlləri ilə bank sisteminin fəaliyyətinə kölgə salmaq və müştərilərində narahatlıq yaratmaq istəyənlərin əməlləri qanunvericilik çərçivəsində həllini tapacaq.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Bank rəhbərləri hüquq-mühafizə orqanlarına müraciət etdi


RƏYLƏR


Top news