"Evini, maşınını reklam edən müğənnilərin güdazına gedirik"

"Evini, maşınını reklam edən müğənnilərin güdazına gedirik"
13:51 23 Dekabr 2015
76 Şou
Ölkə mətbuatı
A- A+

Vergi borcu olan şou-biznes nümayəndələrinin siyahısında müğənni Sevinc Musayevin də adı yer alıb.

Sənətçi bununla bağlı Axşam.az-a açıqlama verib. O bildirib ki, uzun müddətdir səhhəti ilə əlaqədar ölkədən kənardadır. Müğənni özünü ideal vergi ödəyicisi adlandırıb:

"Uzun müddətdir səhhətimlə əlaqədar  tədbirlərdən uzaq qalmışam. İl yarımdan çoxdur ideal şəkildə vergi ödəyirəm. Qazansam da, qazanmasam da, büdcəyə xeyir verirəm. Hər zaman qazandığım məbləğdən artıq rəqəmlər göstərib, vergimi ödəmişəm. Əlimdə bunu sübut edəcək hesabat kağızları var. Vergidən yayınmıram. Bakıya gəlib məsələni aydınlaşdıracağam. Borcum nə qədərdirsə, ödəyəcəyəm".

S.Musayeva deyib ki, Vergilər Nazirliyi müğənnilər arasında fərq qoymalıdır:

"Biz - toya ucuz qiymətə gedənlər, hər gün efirdə 100 minlik saatını, bahalı maşınını, on minlik ayaqqabısını reklam edənlərin güdazına gedirik. Bu işlərin bir sonu olmalıydı. Hanı efirdə maşınını, saatını, evini göstərən şou-biznesin şahzadələri? Hər şeyin bir vaxtı var. Bu məsələlər də yerini tapacaq. Kaş ki, hamı mənim kimi vergi ödəyicisi olardı".

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43007

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR