Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Samux rayonunun iki kəndinə ilk dəfə qaz verilib

Samux rayonunun iki kəndinə ilk dəfə qaz verilib

Date: 23 December 2015 13:57

Bakı. 23 dekabr. REPORT.AZ/ Bu gün Samux rayonunun Yenikənd və Lüksenburq kəndlərinə ilk dəfə təbii qaz verilib.
"Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 246 abonenti olan Yenikənd kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 16,4 km müxtəlif diametrli polietilen və ümumi uzunluğu 19,9 km müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 246 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
195 abonenti olan Lüksenburq kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 11 km müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 195 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tags:  Samux rayonunun iki kəndinə ilk dəfə qaz verilib

RƏYLƏR


Top news