Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məktəbli qızı zorlamaqda təqsirləndirilən şəxslər BƏRAƏT aldı

Məktəbli qızı zorlamaqda təqsirləndirilən şəxslər BƏRAƏT aldı

Date: 23 December 2015 14:04

Sumqayıt Apellyasiya Məhkəməsində Abşeron rayonunda 9-cu sinif şagirdi olan qıza qarşı seksual xarakterli hərəkətlər etmiş şəxslər barəsində olan cinayət işinə baxılıb.

Vəkil Gülşən Salmanovanın Lent.az-a verdiyi məlumata görə, hakim İlham Həsənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən  Elməddin Qədirli, Nicat Ağayev, Elşən Novruzov və Maqsud Şamiyev barəsində bəraət hokum çıxarılıb. Onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin hər biri 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxslərin barəsində başqa yerə getməmək barədə verilmiş qətiimkan tədbiri ləğv edilib və onlar məhkəmə zalındaca həbs ediliblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslər seksual xarakterli zorakılıq hərəkətlərini Abşeron rayonu ərazisində törədiblər. Orta məktəbin yuxarı sinfində oxuyan 4 nəfər eyni məktəbdə oxuyan Nərgizi (ad şərti verilib) zorlayıblar və bu əməllərini videokamera ilə lentə alıblar. Bundan sonra həmin şəxslər videokadrlar vasitəsi ilə qıza qarşı hədə-qorxu gəliblər və onu şantaj ediblər.


Tags:  Məktəbli qızı zorlamaqda təqsirləndirilən şəxslər BƏRAƏT aldı

RƏYLƏR


Top news