Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda səmərəlilik auditinə dair beynəlxalq seminar keçirilib

Date: 23 December 2015 14:07

"Report"un Hesabalama Palatasına istinadən verdiyi xəbərə görə, seminar zamanı aparılmış müzakirələrdə əsas diqqət səmərəlilik auditi üzrə mövcud yerli və beynəlxalq təlimatların Azərbaycanda və Böyük Britaniyada qazanılmış müvafiq təcrübə üzərində nəzərdən keçirilməsinə yönəlib. Bu məqsədlə cəlb edilmiş beynəlxalq ekspert tərəfindən səmərəlilik auditi planının hazırlanması, audit tədbiri üzrə predmetin seçilməsi, sahə işinin aparılması, hesabatın hazırlanması, parlamentlə aparılan iş və s. ilə əlaqədar qabaqcıl təcrübə barəsində məlumat verildikdən sonra Palatanın aidiyyəti təşəbbüsləri nəticəsində əldə edilmiş təcrübə ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin, müzakirələrin gedişində Birləşmiş Krallığın real təcrübəsindən faydalanmaq üçün bir neçə səmərəlilik auditi hesabatı təfsilatı ilə təhlil edilib.
Keçirilmiş seminar və əlaqəli tədbirlərin yekunu olaraq Hesablama Palatasının səmərəlilik auditi üzrə potensialının gücləndirilməsinə töhfə verəcək tövsiyələr formalaşıb və gələcək təlim tədbirlərində isitifadə ediləcək praktik materiallar hazırlanıb.

Tags:  Bakıda səmərəlilik auditinə beynəlxalq seminar keçirilib


RƏYLƏR


Top news