Medvedev və Tacikistanın prezidenti İlham Əliyevi təbrik edib

Medvedev və Tacikistanın prezidenti İlham Əliyevi təbrik edib
14:09 23 Dekabr 2015
19 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib.

Lent.az-ın president.az-a istinadən məlumatına görə, təbrik məktubunda belə deyilir:

 

Hörmətli İlham Heydər oğlu,

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.

Rusiyada Sizi dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Rusiya-Azərbaycan əməkdaşlığının bütün kompleksinin genişlənməsinin ardıcıl tərəfdarı kimi tanıyırlar. Şəxsən Sizin köməyinizlə energetika, sənaye, infrastruktur sahələrində iri müştərək layihələr həyata keçirilir, ölkələrimizin ictimai strukturları və biznes birlikləri xətti üzrə intensiv dialoq aparılır.

Sizinlə çoxsaylı görüşlərimizi səmimiyyətlə xatırlayıram. Maraqlı və etimada əsaslanan ünsiyyətimizi davam etdirməyə şad olaram.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

 

Həmçinin, Tacikistan prezidenti Emoməli Rəhmon da İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu göndərib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226272

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR