Hesablama Palatasında səmərəlilik auditi üzrə beynəlxalq seminar

Hesablama Palatasında səmərəlilik auditi üzrə beynəlxalq seminar
14:13 23 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC
Hesablama Palatasında Avropa İttifaqının Avropa Qonşuluq və Tərəfdaşlıq Siyasəti Proqramı çərçivəsində gözlənilən Tvinninq layihəsinə hazırlıq ilə əlaqədar səmərəlilik auditinə dair beynəlxalq seminar keçirilib.
Palatadan AZƏRTAC-a bildiriblər ki, müzakirələr zamanı əsas diqqət səmərəlilik auditi üzrə mövcud yerli və beynəlxalq təlimatların Azərbaycanda və Böyük Britaniyanın Birləşmiş Krallığında qazanılmış müvafiq təcrübələr üzərində nəzərdən keçirilməsinə yönəlib. Bu məqsədlə seminara cəlb edilmiş beynəlxalq ekspert səmərəlilik auditi planının hazırlanması, audit tədbiri üzrə predmetin seçilməsi, sahə işinin aparılması, hesabatın hazırlanması, parlament ilə aparılan iş və s. ilə əlaqədar qabaqcıl təcrübə barədə məlumat verib. Sonra Hesablama Palatasının aidiyyəti təşəbbüsləri nəticəsində əldə edilmiş təcrübə ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Birləşmiş Krallığın real təcrübəsindən faydalanmaq üçün bir neçə səmərəlilik auditi hesabatı təfsilatlı surətdə təhlil edilib.
Yekun olaraq Hesablama Palatasının səmərəlilik auditi üzrə potensialının gücləndirilməsinə töhfə verəcək tövsiyələr formalaşıb və gələcək təlim tədbirlərində istifadə ediləcək praktik materiallar hazırlanıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Hesablama_Palatasinda_semerelilik_auditi_uzre_beynelxalq_seminar-913627

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR