Bu il Çində rekord sayda avtomobil geri çağırılıb

Bu il Çində rekord sayda avtomobil geri çağırılıb
14:13 23 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Pekin, 23 dekabr, AZƏRTAC
Bu il Çində rekord sayda avtomobil texniki qüsürlara görə geri çağırılıb.
Çin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyasının məlumatına görə, cari ildə 76 avtomobil şirkətinin 5,55 milyon avtomobili geri çağırılıb. Texniki nasazlıqlar arasında ən çox müşahidə edilən problem mühərriklə bağlıdır. Digər problemlər hava yastıqları, təhlükəsizlik kəməri və elektrik təchizatı ilə bağlı qüsürlardır.
Çində avtomobillərin texniki nasazlıqlara görə geri çağırılması qaydasının qüvvəyə mindiyi 2004-cü ildən bəri ümumilikdə, 25 milyon nəqliyyat vasitəsi geri çağırılıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bu_il_CHinde_rekord_sayda_avtomobil_geri_chagirilib-913626

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR