Putin İlham Əliyevə məktub yazdı

Putin İlham Əliyevə məktub yazdı
14:16 23 Dekabr 2015
48 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

ANS PRESS-in məlumatına görə təbrik məktubunda qeyd olunur:

Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan Sizin rəhbərliyiniz ilə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, regional və beynəlxalq gündəlikdəki mühüm məsələlərin həllində fəal rol oynayır.

Siz bizim ölkənin əsl dostu kimi, müxtəlif sahələrdə qarşılıqlı faydalı Rusiya-Azərbaycan əməkdaşlığının möhkəmlənməsinə böyük şəxsi töhfə verirsiniz. Ümidvaram ki, Sizinlə yoldaşcasına ünsiyyətimiz və ölkələrimizin qardaş xalqlarının rifahı naminə sıx birgə işimiz davam edəcək.

Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, uğurlar diləyir, ən xoş arzularımı bildirirəm.

Hörmətlə, Vladimir Putin
Rusiya Federasiyasının Prezidenti


Azərbaycan Prezidenti İlham Əliyev-Rusiya Prezidenti Vladimir Putin


Rusiya prezidenti ilə yanaşı Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedev və digər dövlət başçıları da İlham Əliyevi təbrik edirlər.

Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov , Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko, Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov və digərləri İlham Əliyevə möhkəm cansağlığı, bol həyat enerjisi, şəxsi həyatında xoşbəxtlik, Azərbaycan xalqının rifahı naminə bütün təşəbbüslərində və səylərinizdə yeni uğurlar arzulayırlar.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367970

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR