Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı ADAU-da seminar keçirib

Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı ADAU-da seminar keçirib

Date: 23 December 2015 14:33


Bakı, 23 dekabr, AZƏRTAC 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunun (GEİ) immunogenetika şöbəsinin böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Eldar Mustafayev FAO-nun Kənd Təsərrüfatı Nazirliyi ilə birgə layihəsi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) fermerlərlə görüşüb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, Eldar Mustafayev ADAU-nun aqronomluq fakültəsində Göygöl, Gədəbəy, Samux, Şəmkir, Tovuz rayonlarından olan fermerlərinin iştirakı ilə “Kartof sahələrində yayılmış virus xəstəlikləri” mövzusunda seminar keçirib.
Tədbirdə kartof bitkisində yayılmış virus xəstəlikləri barədə geniş məlumat verilib.
Sonda fermerlərin sualları cavablandırılıb, problemlərlə bağlı bəzi məsləhətlər verilib.


Tags:  Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı ADAU-da seminar keçirib



RƏYLƏR


Top news