57 mehmanxana ulduz dərəcəsi aldı

57 mehmanxana ulduz dərəcəsi aldı
14:37 23 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bu il ərzində 57 mehmanxana və mehmanxana tipli obyekti təsnifatdan keçirərək onlara müvafiq ulduz dərəcələri verib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, hazırda ölkə ərazisində ulduz dərəcəsi qüvvədə olan mehmanxanaların sayı 100-dür. Onların 68-i Bakı şəhərində, 32-i isə respublikanın digər rayonlarında fəaliyyət göstərir. Təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin 25-i beş ulduz, 53-ü dörd ulduz, 20-i üç ulduz, 2-i isə iki ulduz kateqoriyasına uyğundur.

Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılan təsnifat Avropanın bir çox ölkələrində tətbiq olunan "HotelStars Criteria 2010-2014"-ün standartlarına uyğun hazırlanmış "Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyaların müəyyənləşdirilməsi və qiymətləndirilmədə meyarların tətbiq edilməsi barədə" Azərbaycan Dövlət Standartına uyğun həyata keçirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/392539.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR