Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ceyhun etiraz etdi: "Adımı o siyahıya niyə daxil ediblər?"

Ceyhun etiraz etdi: "Adımı o siyahıya niyə daxil ediblər?"

Date: 23 December 2015 14:42

Ötən gün Vergilər Nazirliyi gəlirini gizlədib, vergidən yayınan şou-biznes nümayəndələrinin tam siyahısını təqdim edib.

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, siyahıda "Qala" qrupunun rəhbəri, müğənni-bəstəkar Ceyhun Əliyevin adı da hallanıb.

Lakin adının vergisini ödəməyən sənətçilər sırasında görən Ceyhun etirazını bildirib:

"Mən 15-20 min manata toya getmirəm. Azərbaycanda ən aşağı qiymətə toya gedən mənəm. Vaxtlı-vaxtında da vergimi ödəyirəm. Atam elmlər namizədi, professordur. Hər dəfə o, hesabıma daxil olur və vergimi ödəyir. Gecikmə söhbəti də ola bilməz. Adımı o siyahıya niyə daxil ediblər? Qrupla toya gedirəm, oradan mənə cəmi 300-400 manat pul düşür. Həmin məbləğdən vergi haqqımı hər zaman ödəyirəm. Buna baxmayaraq, adım həmin siyahıdadır. Artıq atam yazılı şəkildə buna etirazını bildirib".

Milli.Az


Tags:  Ceyhun etiraz etdi Adımı siyahıya niyə daxil ediblər


RƏYLƏR


Top news