Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Oliqarx beynəlxalq axtarışa verilib

Oliqarx beynəlxalq axtarışa verilib

Rusiyada yaşayan azərbaycanlı axtarışa verilib.- ZORLAMAYA GÖRƏ (24 Mart 2017 13:38)
MTN-nin keçmiş polkovniki axtarışa verildi - Banka külli miqdarda borcu var (08 Mart 2017 12:05)
Milyonları talayan MTN-in sabiq şöbə rəisi axtarışa verildi (08 Mart 2017 12:03)

Tarix: 23 Dekabr 2015 14:42

YUKOS neft şirkətinin keçmiş sahibi Mixail Xodorkovski beynəlxalq axtarışa verilib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin bəyan edib.
 
Xatırladaq ki, ötən həftə Rusiya İstintaq Komitəsi xaricdə olan M. Xodorkovskiyə qarşı iki və daha çox adamın qətlinin təşkili ilə bağlı ittiham irəli sürüb. İstintaqın versiyasına əsasən, M. Xodorkovski ötən əsrin 90-cı illərində tabeliyində olan şəxslərə Nefteyuqansk meri Vladimir Petuxovla biznesmen Yevgeni Rıbinin qətlinin təşkilini sifariş edib.
 
M. Xodorkovskinin mətbuat katibi Külle Pispanen bildirib ki, iş adamı Rusiyaya təhvil verilə biləcəyindən qorxmur və planlarını dəyişmək fikrində deyil.
 
Milli.Az


Teqlər:  Oliqarx beynəlxalq axtarışa verilib



RƏYLƏR


Top xəbərlər