Qida təhlükəsizliyi ilə bağlı 12 milli standart təsdiq olunub

14:48 23 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC 
Qida təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamına uyğun olaraq ölkədə Kodeks Alimentarius Komissiyasının standartlarının milli standartlar sisteminə daxil edilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib.
Komitə sədri nəzərə çatdırıb ki, Kodeks Alimentarius standartları əsasında hazırlanıb və 12 milli standart artıq təsdiq olunub.
Qeyd olunub ki, Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında Bakı şəhəri yaxınlığında tikiləcək yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin inşası və gələcək fəaliyyətinin təmin edilməsi üzrə tətbiq ediləcək standartların hazırlanmasını və Azərbaycan Respublikasının dövlət standartları kimi qeydiyyata alınmasının təmin edilməsini əhatə edən saziş imzalanıb.
Bundan əlavə, institut tərəfindən qısa müddət ərzində 140 standart işlənib hazırlanıb. Yerli məhsulların rəqabət və ixrac qabiliyyətinin yüksəldilməsi istiqamətində beynəlxalq və Avropa standartları əsasında milli standartların hazırlanması məqsədilə komitə tərəfindən “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin tərkibində “Sənaye məhsullarının standartlaşdırılması üzrə” Texniki Komitə (TK) yaradılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qida_tehlukesizliyi_ile_bagli_12_milli_standart_tesdiq_olunub-913641

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR