""Barselona" bununla kifayətlənmək niyyətində deyil"

""Barselona" bununla kifayətlənmək niyyətində deyil"
14:52 23 Dekabr 2015
36 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona"nın prezidenti Xosep Maria Bartomeu geridə 2015-ci ili dəyərləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, klub prezidenti komandanın qarşıya qoyulmuş tapşırıqları tam yerinə yetirdiyini qeyd edib.

"2015-ci il bizim üçün tarixi, parlaq oldu. Onu unutmaq mümkün deyil. Biz 6 mükafatdan 5-nə sahib çıxdıq. "Barselona" tarix yazır və bununla kifayətlənmək niyyətində deyil. 2014-cü ildə Neymarın işi ətrafında qalmaqal, FİFA sanksiyası, Tito Villanovanın vəfatı oldu. Artıq demişdim ki, 2015-ci ildə dirçəliş olacaq. Futbolçular və Luis Enrikenin sayəsində idman, iqtisadi və sosial planda klubun işləri tam alındı. 2016-cı ildə bizi gərgin anlar gözləyir. Yeni ildə bizə tələblər çox olacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/392530.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR