Təbrizdə İran-Azərbaycan biznes forumu keçirilib

14:53 23 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin İrana səfəri çərçivəsində Təbriz şəhərində İran-Azərbaycan biznes forumu keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və İranın müvafiq qurumlarının təşkilatçılığı ilə keçirilmiş tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, tikinti, qida sənayesi, maliyyə, konsaltinq, turizm və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox iş adamı iştirak edib.

Biznes forumda çıxış edən iqtisadiyyat və sənaye naziri Ş.Mustafayev ölkələr arasında siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu, dövlət başçılarının siyasi iradəsinin əməkdaşlığın inkişafında xüsusi əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan nümayəndə heyətinin İrana səfəri çərçivəsində Dövlət Komissiyasının iclası, İran-Azərbaycan biznes forumları və bir sıra ikitərəfli görüşlər keçirilib, energetika, nəqliyyat və digər sahələrdə mühüm razılıqlar əldə edilib.

Şimal-Cənub nəqliyyat dəhlizi və Biləsuvar və Astara sərhəd-keçid məntəqələrinin 24 saat fasiləsiz iş rejiminə keçirilməsi sahəsində işlərin intensivləşdirilməsi barədə razılıqlar ölkələrimizin tranzit potensialından daha səmərəli istifadə olunmasına imkan yaradacaq.

Nazir Azərbaycan Prezidentinin 7 dekabr 2015-ci il tarixli “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” Sərəncamının Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə əlaqələndirilməsi və bu sahədə görülən işlərin sürətləndirilməsi baxımından əhəmiyyətli olduğunu da diqqətə çatdırıb.

İş adamlarını fəal əməkdaşlığa dəvət edən nazir Şahin Mustafayev sənaye, kənd təsərrüfatı, nəqliyyat, ticarət və digər sahələrdə əlaqələrin genişləndirilməsinə dair fikirlərini bildirib.

Vurğulanmışdır ki, Azərbaycanın Qazaxıstanın Aktau şəhərində inşa olunmuş logistik mərkəzindən İran tərəfi də istifadə edə bilər.

Azərbaycanda yaradılmaqda olan sənaye parklarında və aqroparklarda İran investorlarının fəaliyyəti üçün əlverişli imkanlar mövcuddur.

İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi çıxışında son zamanlar ölkələrimiz arasında əlaqələrin daha da intensivləşdiyini, bir çox məsələlərdə qarşılıqlı razılıqların əldə olunduğunu qeyd edib, iqtisadiyyatın müxtəlif sahələrində, həmçinin iş adamları arasında əməkdaşlığın inkişafına dair fikirlərini bildirib. Mahmud Vaezi Azərbaycan iş adamlarını İrana investisiya qoymağa dəvət edib.

İranın Şərqi Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə isə çıxışında İranın Şərqi Azərbaycan vilayəti ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsi imkanlarını diqqətə çatdırıb.

Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər təşkil olunub.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İnsan başlı, heyvan bədənli məxluq

19 Avqust 2017 15:19

Xarici dil öyrənmək istəyənlərə 10 QIZIL TÖVSİYƏ

19 Avqust 2017 15:13

Göygöldə əsaslı şəkildə yenidən qurulan 4 saylı körpələr evi-uşaq bağçasının açılışı olub

19 Avqust 2017 15:12

ABŞ-da silahlı insident

19 Avqust 2017 15:11

Deputat Sabirabadda atasına heykəl qoydurub

19 Avqust 2017 15:09

Türkiyədə güclü yanğın

19 Avqust 2017 15:07

Prezident Göygöldədir

19 Avqust 2017 15:03

Vladimir Putinə Rusiya paytaxtını dəyişmək təklif edilib

19 Avqust 2017 15:02

Azərbaycan Prezidenti Göygöldəki Qələbə parkında yaradılan şəraitlə tanış olub

19 Avqust 2017 15:02

Prezident Göygöldə

19 Avqust 2017 14:59

Suyun içindəki adamın üstünə atılan aslanın görüntüləri rekord qırdı - VİDEO

19 Avqust 2017 14:58

Prezident İlham Əliyev Göygöl rayonuna səfər edib

19 Avqust 2017 14:57

"Qarabağ" “İnter”ə, “Neftçi” debütanta qarşı - YENİLƏNİR

19 Avqust 2017 14:57

Məktəb rəhbərlərinin diaqnostik qiymətləndirilməsi aparılır

19 Avqust 2017 14:48

Surqutda bıçaqla əhaliyə hücum edənin kimliyi müəyyənləşib

19 Avqust 2017 14:47

Ad gününə bir gün qalmış öldü

19 Avqust 2017 14:42

Rusiyada silahlı HÜCUM: 8 yaralı – VİDEO

19 Avqust 2017 14:38

Azərbaycan kimya məhsullarının ixracından gəlirini 30% artırıb

19 Avqust 2017 14:37

Prezident "Azərsu"ya 11,8 milyon manat ayırdı - Sərəncam

19 Avqust 2017 14:34

Rusiyada bıçaqlı hücum

19 Avqust 2017 14:34

Təbii daşlar haqda bilmədiklərimiz

19 Avqust 2017 14:30

Öldürülmüş körpələrin QANINI İÇƏN qadın - VERSAL SARAYININ dəhşətləri

19 Avqust 2017 14:28

Salyanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 11,8 milyon manat ayrılıb

19 Avqust 2017 14:27

Norveç millisi Azərbaycan yığması ilə görüşə futbolçu itkisi ilə çıxacaq

19 Avqust 2017 14:22

Salyana 11.8 milyon manat vəsait ayrıldı

19 Avqust 2017 14:20

Bakıda 350 sürücü cərimələndi - REYD

19 Avqust 2017 14:19

Milli Məclisin deputatı: "Atamın heykəli sovet dövründə qoyulub, qızıl suyuna da salınmayıb"

19 Avqust 2017 14:17

Səs gücləndiriciyə 500 voltluq elektrik verilərsə, nə baş verər?

19 Avqust 2017 14:13

DYP paytaxtda reyd keçirib, 350-dən artıq sürücü cərimələnib

19 Avqust 2017 14:02

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır

19 Avqust 2017 14:02

Binəqədidə minik avtomobili yanıb

19 Avqust 2017 14:01

Bermud üçbucağının sirri

19 Avqust 2017 13:49

Kənan İmirzalıoğlu həyat yoldaşının yanlarına ŞAPALAQ VURDU – FOTO

19 Avqust 2017 13:48

"Yuventus"un 18 milyonluq ulduzu "Qalatasaray"da

19 Avqust 2017 13:47

ABŞ-da atışma olub, bir polis zabiti ölüb, biri yaralanıb

19 Avqust 2017 13:42

"Kopenhagen”dən Azərbaycana qadağa

19 Avqust 2017 13:37

Xırdalanda orta məktəb qarət olundu

19 Avqust 2017 13:37

2025-ci ilə qədər... - Moskvadan İrəvana ZƏRBƏ

19 Avqust 2017 13:28

Rusiyada naməlum şəxs insanlara bıçaqla hücum edib, 8 nəfər yaralanıb

19 Avqust 2017 13:27

“BakuBus” təkər almaq istəyir

19 Avqust 2017 13:27

İstirahət gününün havası

19 Avqust 2017 13:25

Finlandiyada Turku şəhərindəki bıçaqlı hücumla əlaqədar daha 5 nəfər saxlanılıb

19 Avqust 2017 13:22

Qərəzli yazı və ya şüşəsi 10 000 avroya “qalxan” fransız şərabı

19 Avqust 2017 13:22

Konsertlərindən sərvət qazanan məşhur müğənni dilənçiyə elə sifət göstəridi ki... - FOTO

19 Avqust 2017 13:18

Kişilər arasında dünya çempionatının oyunlarına ilk dəfə qadın hakimlər təyinat alıb

19 Avqust 2017 13:02

Xırdalanda məktəb qarət olundu

19 Avqust 2017 12:59

Tibdə SIÇRAYIŞ: "Hepatit C"-nin müalicəsi tapıldı

19 Avqust 2017 12:48

Bakıda avtobus sürücüsünü silahla hədələyən şəxs

19 Avqust 2017 12:41

Özbəkistanlı zəvvar Məkkəyə tiryək aparmaq istəyərkən tutulub

19 Avqust 2017 12:37

Daha bir dünya ulduzu Türkiyə yolunda

19 Avqust 2017 12:37