Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezident İlham Əliyev: “Azərbaycan nəyə qadir olduğunu dünyaya göstərdi”

Prezident İlham Əliyev: “Azərbaycan nəyə qadir olduğunu dünyaya göstərdi”

Date: 23 December 2015 14:54

 

“Bakıda Birinci Avropa Oyunları keçirildi. Bu, unudulmaz günlər idi. Azərbaycan nəyə qadir olduğunu dünyaya göstərdi”.

 

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsində 2015-ci ilin yekunları, idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimində çıxışında deyib.

 

Dövlət başçısı bildirib ki, Azərbaycan cəmi 24 il müstəqillik dövründə böyük zirvələrə çata bildiyini göstərib: “İdmançılarımızın uğurlu çıxışları bizi xüsusilə sevindirir. 50 olimpiya komandası arasında Azərbaycan idmançıları ikinci yerə layiq görülüblər. Birinci Avropa Oyunlarında idmançılarımız 56 medal qazanıblar, bunlardan 21-i qızıldır. Bu, Azərbaycan idmanının böyük zəfəri idi”.

 

Prezident İlham Əliyev bildirib ki, gələn il Bakı nüfuzlu “Formula-1” və şahmat üzrə dünya çempionatına ev sahibliyi edəcək : “2017-ci ildə İslam Həmrəylik Oyunları da ölkəmizdə keçiriləcək. İdmanın inkişafı hər bir ölkənin ümumi inkişafını göstərir və bu, qazanılan medalların sayına da təsir edir”.


Tags:  Prezident İlham Əliyev Azərbaycan nəyə qadir olduğunu dünyaya göstərdi

RƏYLƏR


Top news