Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezident: “Azərbaycan dünyada idman dövləti kimi tanınır”

Prezident: “Azərbaycan dünyada idman dövləti kimi tanınır”

Date: 23 December 2015 14:54

"2015-ci ildə Azərbaycan atletləri beynəlxalq yarışlarda 823 medal qazanıblar, bunun 321-i qızıldır"

“İdmançılarla görüşlərim artıq ənənəyə çevrilib. İdmanda uğurlarımız ildən-ilə artır, idmançılarımız beynəlxalq yarışlarda yüksək nəticələr qazanır”.

 

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidentiİlham Əliyev Milli Olimpiya Komitəsində 2015-ci ilə yekun vurulması, idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimində çıxışında deyib.

 

Dövlət başçısı bildirib ki, 2015-ci ildə Azərbaycan atletləri beynəlxalq yarışlarda 823 medal qazanıblar, bunun 321-i qızıldır: “Bu da onu göstərir ki, Azərbaycanda idman uğurla inkişaf edir, gənclərimiz dünya və Avropa çempionatlarında yüksək nəticələr göstərirlər. Ölkədə həyata keçirilən düşünülmüş idman siyasəti gələcəkdə də yüksək pillələri fəth etməyə imkan yaradır ”.

 

Prezident İlham Əliyev bildirib ki, idmançılara dövlət tərəfindən yüksək səviyyədə qayğı göstərilir: “İdmançıların sosial problemlərinin həlli istiqamətində hər il tədbirlər görülür. Bu proses bundan sonra da davam etdiriləcək. Artıq Azərbaycan dünyada idman dövləti kimi tanınır. Bu fakt beynəlxalq idman qurumların rəhbərləri tərəfindən də təsdiqlənir. Ölkədə yeni idman bazaları yaradılır, təlim-məşq prosesi və federasiyaların işi yaxşı təşkil olunur. Hazırda Azərbaycanda 41 olimpiya-idman kompleksi var, 10 olimpiya-idman kompleksinin tikintisi davam etdirilir. Paytaxtımızda da güclü idman infrastrukturu yaradılır”.

 


Tags:  Prezident Azərbaycan dünyada idman dövləti tanınır

RƏYLƏR


Top news