"Övladım olmayacaqsa, niyə ailə qurum?"

"Övladım olmayacaqsa, niyə ailə qurum?"
14:57 23 Dekabr 2015
53 Digər
Ölkə mətbuatı
A- A+

Müğənni İlahə Fəda şəxsi həyatı ilə bağlı etiraflar edib. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı "Onlar"a açıqlamasında ikinci dəfə ailə qurmayacağını deyib:

"İkinci dəfə ailə qurmaq haqda düşünmürəm. O kitabı bağlamışam. Övladım olmayacaqsa, niyə ailə qurum? Allah mənə övlad qismət etmədi. Niyə Allahın mənə yazdığına qarşı çıxıb, övladlığa uşaq götürüm ki? Ölərəm, başıma nəsə gələr, uşaq tək qalar".

İ.Fəda sənət aləmində bəzi ifaçıları qeyri-peşəkar adlandırıb:

"Oxuya bilməyənlər bütün kanalları zəbt ediblər. İmkan verin, biz də çıxaq da. Bilmirsən, mahnı haradan başlayır, harada bitir. Günah bizim özümüzdədir. Yarada bilmiriksə, dahilərin bizim üçün qoyub getdiklərini yaşadaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/392526.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR