Azərbaycanlı iş adamı erməni arvadı ilə İŞİD-ə qoşuldu - VİDEO

Azərbaycanlı iş adamı erməni arvadı ilə İŞİD-ə qoşuldu - VİDEO
15:05 23 Dekabr 2015
99 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın paytaxtı Moskvanın 28 yaşlı sakini Mariya Samoylova əri ilə birlikdə "İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatına qoşulub.

Bunu Mariyanın atası, 51 yaşlı erməni Artur Mkrtumyan deyir.
Milli.Az LifeNews-a istinadən bildirir ki, A.Mkrtumyanın sözlərinə görə, qızı qeyri-rəsmi nikahda olduğu əri ilə birlikdə iki ay əvvəl Türkiyəyə yollanıb: "O vaxtdan bəri onlardan heç bir xəbər almamışıq".

Mariya Samoylovanın qeyri-rəsmi nikahda olduğu şəxs azərbaycanlı iş adamı Yuri İsmayılovdur. Onlar islam adətlərinə uyğun evləniblər və VVAQ-da nikahlarını rəsmiləşdirməyiblər. Bundan sonra isə onlar Bakıya, Yurinin qohumlarının yanına getmək istədiklərini deyiblər.
Lakin Yuri və Mariya Azərbaycana nədənsə Türkiyədən keçərək getmək qərarına gəliblər.
"Qızımla əri oktyabrda Moskvanı tərk ediblər. İki aydır onlardan xəbər yoxdur. Əminəm ki, qızımla əri İŞİD-ə qoşulmaq istəyiblər. Azərbaycana getmək məsələsini isə uydurublar. Üstəlik, Yurinin Bakıdakı qohumları da onları görməyiblər", - A.Mkrtumyan deyib.

Mariyanın anası, A.Mkrtumyanın boşadığı arvadı isə deyir ki, qızı İŞİD-ə qoşulmayıb: "Maşa azərbaycanlıya ərə getdi, islamı qəbul etdi. Yuri turizm şirkətinin direktoru idi. İşlər pis olduğundan Türkiyəyə yollandılar. Sonra Maşa mənə zəng vurdu və dedi ki, Bakıya gedirlər.  Orada özlərinə yer edənədək əlaqədə olmayacağını da söylədi. Sabiq ərimin nəyin bahasına olursa-olsun qızımı tapmaq istəyini də anlamıram. Ona deyirəm ki, qızım lap İŞİD-ə qoşulubsa da, Rusiyaya qayıdan kimi həbs edəcəklər. Sən bunu istəyirsən?! Deyir ki, hə - heç olmasa sağ olduğunu bilərəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/392546.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR