Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakı "İnter"inin yeni prezidenti ilə bağlı ŞOK İDDİA

Bakı "İnter"inin yeni prezidenti ilə bağlı   ŞOK İDDİA

Date: 23 December 2015 15:17

Məlum olduğu kimi "İnter" klubuna yeni prezident təyin olunub. Fanat.az хəbər verir ki, istefaya göndərilən Georgi Nikolovu Rəşad Qısımov əvəzləyib.


Qasımov Rəşad Müzəffər oğlu 29 iyun 1977-ci ildə dünyaya gəlib. 1994-1999-cü illərdə Gəncə zona hesablaşma kassa mərkəzində müxtəlif vəzifələrdə çalışıb. 1999- 2000-cu illərdə Aqrar-Qafqaz şirkəti, Middle Eastern Textiles şirkətlərində fəaliyyət göstərib. 2000-2011-ci illərdə Azərbaycan Beynəlfxalq Bankının Maliyyə menecmenti, Mərkəzi xəzinədarlıq, Mühasibatlıq və büdcə proqnozlaşdırılması departamentlərində müxtəlif vəzifələrdə çalışan yeni prezident 2011-ci ildən bankın Mühasibat uçotu və nəzarət departamenti direktorudu.


Rəşad Qasımovun adı bir müddət əvvəl ölkədə inqilab hazırlığı ilə bağlı işdə hallanmışdı. Belə ki, təqaüddə olan xüsusi xidmət polkovniki Tofiq Rəcəbov mətbuata açıqlamasında onun adını çəkmişdi. Polkovnik bildirib ki, çevriliş məqsədi ilə ölkəyə gətirilən 18 milyardın qəbul olunmasında Rəşad Qasımovun imzası olub:


"Bu yaxınlarda mən biznesimlə əlaqədar İsveçrədə idim. Orada bir neçə adamla görüşdüm. Onlar təklif etdilər ki, bəzi məsələləri prezidentə çatdırmaq lazımdı, ölkəyə təhlükə var. Yəni bəzi nazirlər qrup halında birləşiblər. Xarici ölkələrin, xüsusən Avropanın və böyük dövlətlərin siyasi rəhbərliklərinə çıxış axtarırlar. Özlərinə dayaq axtarırlar ki, gələcəkdə hakimiyyətə yiyələnsinlər, öz əmlaklarını qorusunlar. Bakıya qayıdan kimi dərhal yazıb çox yüksək səviyyəli bir vəzifəliyə verdim. O da aparıb bunu verib Eldar Mahmudova. O da mənə çatdırdı ki, istəyirsən bu həyatda yaşayasan, bir də ağzına belə şey gətirmə. Akif Çovdarov qapımızı pusdururdu, oğlumu güdürdülər. Demişdilər ki, danışsan, oğlunu tutub yox edəcəyik. Bunlar 2 il əvvəl olub. 2013-cü ildə prezident seçkisindən əvvəl. Həmin pullar (18 milyarddan söhbət gedir) çevriliş etməyə xərclənməli idi. Həmin pullardan mənə də təklif etmişdilər. Demişdilər ki, zavodların var, o pulları zavodlarına ayıraq. Pulu seçkidən 2-3 ay əvvəl verməli idilər. Başa düşdüm ki, çevrilişə hazırlıq gedir. Иşdə MTN-in yüksək çinli zabitlərinin adı hallanır, yüksək vəzifə daşıyan, bu gün də yüksək vəzifədə olan şəxslərin adları var. Bu işdə AZAL prezidenti Cahangir Əsgərovun da marağı olub. Əgər onun marağı olmasaydı, içində o qədər pul olan təyyarə Bakı Hava Limanına enə bilməzdi. Əlimdə dediklərimi təsdiqləyən sənədlər də var. 


Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevlə işçisi Rəşad Qasımovun imzaları, möhürləri var. Pulu onlar qəbul ediblər. Bu gün də 18 milyard avro ortada yoxdu. Oğurlayıblar, ölkədən çıxarıb xaricdə banka yerləşdiriblər. Ötən müsahibəmdə bu işin təşkilatçıları haqda demişdim. Bu adamlar pul ölkəyə gəlməzdən əvvəl hazırlıqlarını görüblər. Pulun gələcəyindən xəbəri olan vəzifəliləri də “görüb”lər. Düşünməyiblər ki, məsələ nəzarətdən çıxıb ölkə rəhbərliyinə qədər gedib çıxa bilər. Pulun bura gətirilməsi məxfi əməliyyat kimi olub. Onların ağlına gəlməzdi ki, kimsə bundan xəbər tuta və məlumatı ötürə bilər. Bunu mənə deyəndən sonra MTN-də çalışan yaxın dostum vasitəsilə yazıb ötürdüm. Məcbur qalıb həmin pul ölkəyə gətirilən kimi burada tutdular. Əməliyyat mənim informasiyama əsasən keçirilmişdi. Məcbur qalıb pulu Cahangir Hacıyev qol çəkib Beynəlxalq Banka götürdü. Pulu Beynəlxalq Banka mədaxil ediblər. Faktiki isə həmin pul mədaxil olunmayıb, oğurlayıb xaricə göndəriblər. Pulun xaricə göndərilməsində Çingiz Əsədullayevin vasitəsilə “Azəriqazbank”dan istifadə olunub. Eldar Mahmudovun Gəncədə moteli var. Oranın müdiri Çingiz Əsədullayev və Cahangir Hacıyevlə birgə İsveçrədə “JBS” bankın İdarə Heyətinin sədri, erməni əsilli bir şəxslə danışıblar, orada hesab açdırıblar. Həmin erməni Türkiyə ermənisidir, türkcə danışa bilir. Çingiz Əsədullayevin vasitəsilə milyardlarla pul “JBS” banka köçürülüb. Hər gün Beynəlxalq Bank və “Azəriqazbank” vasitəsilə “JBS” banka 50 milyon pul ötürüblər. Əlimdə sənədlərin surəti var ki, həmin pullar Beynəlxalq Banka mədaxil olub. Faktiki isə pulu mədaxil etməyiblər, oğurlayıblar. Bir daha deyirəm ki, işdə adı olan adamların adlarını, telefon nömrələrini mən vermişdim. O adamlar Naxçıvandan idilər. Birinin qardaşı MTN-də, o biri başqa böyük vəzifədə işləyirdi. Nə bilirəmsə, yazıb Mədət Quliyevə də vermişəm".


Fanat.az


Tags:  Bakı İnterinin yeni prezidenti bağlı ŞOK İDDİA

RƏYLƏR


Top news