Bakı, 23 dekabr, Elvin Camalov, AZƏRTAC
“Bakı Sərnişin Nəqliyyatı və Yükdaşımalarının Təşkili” MMC-nin tapşırığına əsasən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar avtobus sürücüləri gecə saat 01:00-dək fəaliyyət göstərəcəklər.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı AZƏRTAC-a deyib.
Onun sözlərinə görə MMC artıq gücləndirilmiş iş rejiminə keçib. Qurum tərəfindən sahibkarlara xəbərdarlıq edilib ki, bayram günlərində bütün avtobus sürücüləri gecə saat 01:00-dək fəaliyyət göstərərək şəhər əhalisinin marşrut avtobuslarından istifadəsini təmin etsinlər.