Bakıda nağd dolların alış-satış məznnəsi artıb

15:22 23 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Valyutadəyişmə məntəqələrindən verilən məlumata görə, bu gün, günün ilk yarısında alıcı və satıcılar arasında balans dekabrın 22-də olduğu kimi yenə davam edib: "Dolların ən yaxsı alış məzənnəsi 1,5650 AZN/USD, ən yaxşı satış məzənnəsi isə 1,5750 AZN/USD olub". 
Qeyd edək ki, bu məzənnə dekabrın 22-də olan ən yaxşı alış-satış məzənnəsindən 0,005 manat və ya 0,3% yüksəkdir. Valyutadəyişmə məntəqələrinin əməkdaşları məzənnədəki artımı Mərkəzi Bankın rəsmi məzənnəsindəki artımla əlaqələndirirlər. 
Məlumat üçün bildirək ki, ötən gün Azərbaycan Mərkəzi Bankı devalvasiyaya baxmayaraq banklararası mütəşəkkil valyuta bazarında 33 mln. dollar həcmində intervensiya həyata keçirib.  

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/bakida-nagd-dollarin-alis-satis-meznnesi-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR