Daima müştərilərini texnoloji yenilikləri ilə sevindirən Apple yenə istifadəçilərini sevindirməyə hazırlaşır. Şirkət "iPhone 7" modeli üzərində çalışır. Artıq bu modelin internetdı görüntüsü də yayaılıb. Düzdür hələlik görüntünün doğurdanda iPhone 7-yə məxsus olub-olması barədə rəsmi açıqlama verilməyib.
ANS PRESS-in məlumatına görə, model yenilənmiş dizayna malikdir. Onun olduqca nazir çərcivəsi var.
Prototipin əsas ekran düyməsinin və 3.5 mm-lik qulaqlıq girşinin olmaması digərlərindən onu fərqləndirir. "Apple" loqosu isə telefonun arxa hissəsində kameranın aşağısında yerləşir.
"İPhone 7" olduğu deyilən model
Daha öncə də iPhone 7-yə məxsus olduğu iddia edilən görüntülər yayılmışdı. Hətta yeni modelin sentyabr ayında təqdim ediləcəyi də deyilirdi.
"Apple" 1976-cı il aprel ayının 1-dəStiv Cobs , Stiv Voznyak və Ronald Uayn tərəfindən yaradılan, hazırda dünyanın ən böyük proqram təminatçılarından biri olan kompyuter firmasıdır.
Şirkətin mərkəzi ofisi ABŞ -ın Kaliforniya ştatının Kupertino şəhərində yerləşir.
Bir neçə gün öncə "Apple"nin telefonun kamera hissəsini təkminləşdirmək məqsədi ilə 800 nəfər mühəndisi işə götürməsi barədə xəbərlər yayılmışdı.