Böyük sənətkarın əziz xatirəsi ürəklərdə yaşayacaq

Böyük sənətkarın əziz xatirəsi ürəklərdə yaşayacaq
15:38 23 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC 
Bakıdakı 177 nömrəli tam orta məktəbdə Xalq Şairi, görkəmli dramaturq, ictimai xadim Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.
Məktəbdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə dil-ədəbiyyat müəllimi Nazilə Əliyeva böyük ədib Bəxtiyar Vahabzadənin mənalı ömür yolu, zəngin yaradıcılığı, elmi, pedaqoji, ictimai fəaliyyəti barədə danışıb.
Görkəmli şair və dramaturq B.Vahabzadənin ölməz əsərlər müəllifi olduğunu vurğulayan N. Əliyeva, ədibin əziz xatirəsinin ürəklərdə zaman-zaman yaşayacağını bildirib.
Sonra böyük sənətkarın yaradıcılığı ilə bağlı videoçarx nümayiş etdirilib.
Şagirdlər Bəxtiyar Vahabzadənin şeirlərini və sözlərinə yazılmış mahnıları ifa ediblər.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Boyuk_senetkarin_eziz_xatiresi_ureklerde_yasayacaq-913654

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR