“İrəli” İctimai Birliyinin yaranmasının 7 illiyi münasibəti ilə tədbir keçirilib

“İrəli” İctimai Birliyinin yaranmasının 7 illiyi münasibəti ilə tədbir keçirilib
15:42 23 Dekabr 2015
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ Bu gün Beynəlxalq Muğam Mərkəzində “İrəli” İctimai Birliyinin yaranmasının 7 illiyi münasibəti ilə tədbir keçirilib. “Report”un məlumatına görə, tədbirdə Azərbaycan Prezident Administrasiyasının nümayəndələri, millət vəkilləri, qeyri-hökumət təşkilatının təmsilçiləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib.
Çıxış edən deyib ki, gənclər idman nazirinin müavini İntiqam Babayev deyib ki, “İrəli” İctimai Birliyi Azərbaycanın gənclər təşkilatları arasında daim öz dəsti-xətti seçilib. O, qeyd edib ki, təşkilat ətrafında xeyli aktiv gənc toplaşıb: “İctimai Birliyin tədbirlərində iştirak edirəm. Təşkilatda daim yeniliklərin, irəliləyişlərin olduğunu görürəm”.
İ.Babayev bildirib ki, Azərbaycana həyata keçirilən siyasətin istiqamətlərindən biri də gənclər siyasətidir: “Yeni nəsil, gənclik daha aktivdirlər. Onlar həm ölkə daxilində, həm də beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil edirlər. Gənclər vətəndaş olaraq öz fikirlərini müstəqil ifadə edirlər. Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyulub. Azərbaycan güclü dövlət olaraq, digər dövlətlərlə tərəf müqabilidir. Burada əsas iş gənclərin üzərinə düşür. Gənclər Azərbaycan siyasətinə öz töhfələrini verib, bundan sonra da verəcəklər”.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev qeyd edib ki, yeni nəsil ictimai fəaliyyətdə daha aktivdirlər: “Azərbaycan hökuməti daim gənclərə dəstək verib. Bu siyasət bundan sonra da davam etdiriləcək”.
Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib ki, Azərbaycanda gənclərə yüksək şərait yaradılıb: “İnanıram ki, Azərbaycan gəncləri Dağlıq Qarabağda, Şuşada, Laçında da xeyli işlər görəcəklər”.
Azərbaycan Prezidenti yanında Gənclər fonudunun icraçı direktoru Fərhad Hacıyev bildirib ki, ölkədə 310 gənclər təşkilatı var: “İrəli” İctimai Birliyi isə fərqlənən gənclər təşkilatlarındandır. Ümumiyyətlə, Azərbaycan gəncliyi bütün sahələrdə öz sözünü deyib”.
“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov hesabatla çıxış edib.
Sonra Prezident İlham Əliyevə müraciət edilib. Bildirilib ki, Azərbaycan gəncliyi inkişaf edir, baş verən proseslərlə bağlı öz sözünü deyir: “Biz gənclər əminik ki, Azərbaycanda gəncələrə bundan sonra da geniş imkanlar yaradılacaq. Buna görə Prezident İlham Əliyevə təşəkkürümüzü bildiririk”.
Qeyd edək ki, ictimai birlik 2008-ci ildə yaradılıb.






Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/i-reli-i-ctimai-birliyinin-yaranmasinin-7-illiyi-munasibeti-ile-tedbir-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR