Bakıda və Sumqayıtda bayram yarmarkaları təşkil olunacaq

Bakıda və Sumqayıtda bayram yarmarkaları təşkil olunacaq
15:48 23 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərində dekabrın 26-dan 31-dək kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil ediləcək. Kənd Təsərrüfatı Nazirliyinin İqtisadiyyat və Sənaye Nazirliyi ilə birgə keçirəcəyi yarmarkalarda məqsəd əhalinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni surətdə artırılmasının qarşısını almaqdır.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarmarkaların mütəşəkkil keçirilməsi üçün nazirliyin mütəxəssislərindən ibarət işçi qrupları yarmarkalara təhkim olunaraq satılan kənd təsərrüfatı məhsullarının keyfiyyətinə, istehlak üçün yararlılığına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Eyni zamanda, bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.
Yarmarkalar aşağıdakı ünvanlarda təşkil ediləcək:
1. Səbail rayonu Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1;
2. Suraxanı rayonu, Malik Mustafayev küçəsi 4, keçid 1848, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin yanı, stadionun yaxınlığı;
3. Binəqədi rayonu, Dərnəgül, Koroğlu Rəhimov küçəsi 534.
4. Nərimanov rayonu, Keşlə bazarı;
5. Xətai rayonu, Əhmədli, Bakı kino teatrının yaxınlığı, Məzahir Rüstəmov küçəsi ilə Sarayev küçəsinin kəsişməsi;
6. Sumqayıt şəhəri, 12-ci mikrorayon, Dəmir yolu vağzalının yanı.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_ve_Sumqayitda_bayram_yarmarkalari_teskil_olunacaq-913661

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR