Həmvətənimiz Ukraynada bürünc medal qazanıb

Həmvətənimiz Ukraynada bürünc medal qazanıb
15:48 23 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+


Kiyev, 23 dekabr, AZƏRTAC
Xarkovda “ADCC Submission Fighting V Ukrainian National Championship-2015” çempionatı start götürüb. Poltava İqtisadiyyat və Ticarət Universitetinin 4-cü kurs tələbəsi, ciu-citsu üzrə qırmızı kəmərin və qreplinq üzrə Dünya Kubokunun sahibi, azərbaycanlı Əhməd Qurbanlı 3-cü yer uğrunda mübarizədə erməni David Stepanyana qalib gəlib.
Qeyd edək ki, idmançımızın medalı Azərbaycanın ADCC Çempionatlar Liqasında ilk mükafatıdır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Hemvetenimiz_Ukraynada_burunc_medal_qazanib-913660

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR