Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

​KİV: "ABŞ və Avropa Kremli iflasdan xilas etməlidir"

Date: 23 December 2015 15:57

"Report" xəbər verir ki, bu haqda Almaniyada çıxan "Die Welt" qəzetində neftin ucuzlaşmasının Rusiya iqtisadiyyatına təsiri haqda dərc edilən məqalədə bildirilib.
Məqalədə yazılıb ki, "Brent" markalı neftin qiyməti son 7 ildə ən minimum qiymətə düşüb və düşməkdə davam edəcək.
"2005-ci ildə Rusiya prezidenti Vladimir Putin bilirdi ki, vəziyyət neftin qiymətindən asılıdır. Bir il öncə neftin bir bareli 100 dollara olanda Rusiya lideri Qərbə qürurla bildirdi ki, onun ölkəsində işlər qaydasındadır. Bazarda "qara qızıl"ın qiyməti nə qədər ki, dəyişməz idi o, təqaüdləri artırmağa, Krımı maliyyələşdirməyə və hərbi islahatlar keçirməyə başladı.
Hazırda Qərb Rusiyanın böhranla üzləşməsi üçün neftin qiymətinin düşməsini sevinclə qarşılamaqdansa, Berlin və Vaşinqton Kremli iflasdan xilas etməlidir", - deyə müəllif vurğulayıb.
Məqalədə bildirilib ki, terrorçuluğa və İranın nüvə proqramına qarşı mübarizə aparmaq üçün ABŞ və Avropa Moskvaya yardım etməlidir: "Güclü Rusiya, zəifindən daha yaxşı tərəfkeşdir. Bu haqda Qərb dövlətlərinin düşünməsi vacibdir".

Tags:  KİV ABŞ Avropa Kremli iflasdan xilas etməlidir

RƏYLƏR


Top news