Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

BFB-də səhmlər üzrə market-meyker fəaliyyətinə olan tələblər sadələşdirilib

BFB-də səhmlər üzrə market-meyker fəaliyyətinə olan tələblər sadələşdirilib

Date: 23 December 2015 15:58

Bakı. Trend:

Bakı Fond Birjasının “BFB-də market-meyker fəliyyətinə dair daxili qaydalar”na edilmiş əlavə və dəyişikliklər qüvvəyə minib.

BFB-dən Tremd-ə verilən məlumata görə, dəyişikliklərə əsasən, birja üzvləri üçün BFB-də səhmlər üzrə market-meyker fəaliyyətinə olan tələblər sadələşdirilib.

Eyni zamanda səhm bazarında tələb-təklifi stimullaşdırmaq və bazarın likvidliyini artırmaq məqsədilə BFB-nin İdarə Heyətnin qərarı ilə market-meyker tərəfindən təqdim edilən alış-satış kotirovkalarının minimal həcminin və qiymət dəhlizinin hər bir səhm buraxılışı üzrə ayrı-ayrılıqda müəyyən edilməsi qərara alınıb. Bundan irəli gələrək, AZ1001018378 dövlət qeydiyyat nömrəli, “Holcim Azərbaycan” ASC-nin səhmləri üzrə market-meyker kotirovkasının minimal həcmi və alış-satış kotirovkaları üzrə qiymət dəhlizi müvafiq olaraq 15 000 manat və 5% müəyyən edilib.

BFB-də market-meyker fəaliyyətinə dair qaydaları və BFB-nin İdarə Heyətinin müvafiq qərarı birjanın internet saytının qayda və təlimatlar bölməsində yerləşdirilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  BFB-də səhmlər üzrə market-meyker fəaliyyətinə olan tələblər sadələşdirilib


RƏYLƏR


Top news