Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Trend mükafat aldı

Trend mükafat aldı

Date: 23 December 2015 16:05

Trend İnformasiya Agentliyi Azərbaycanın bank və kredit sektorlarının fəaliyyətinin aktiv işıqlandırılmasına görə Zərdabi Mətbuat Mərkəzinin diplomu ilə mükafatlandırılıb.

Mükafatlandırma "Azərbaycanın bank və kredit sektorlarının ictimaiyyət və KİV-lə əlaqələri" mövzusunda keçirilmiş tədbir çərçivəsində baş tutub.

Tədbirdə çıxış edən mərkəzin sədri Rəhim Hüseynzadə ölkənin bank sektorunda baş verən hadisələrin işıqlandırılmasında KİV-in artan peşəkarlığını vurğulayıb: "Əgər fəaliyyətimizin əvvəlində, 2012-ci ilin aprelində 24 qəzet və 7 agentlikdə cəmi 200 material dərc edilmişdisə, bu ilin 10 ayında KİV-də 11 mindən çox material çıxıb. 2014-cü ilin 10 ayında cəmi 33 məqalə yazılmışdısa, 2015-ci ilin analoji dövründə 300 analitik material dərc edilib".

Digər agentliklər və nəşrlər də diplomlarla mükafatlandırılıb.

Öz növbəsində, Azərbaycan Bank Tədris Mərkəzinin rəhbəri Cavanşir Abdullayev qeyd edib ki, indiki dövrdə KİV nümayəndələrinin öz oxucularına düzgün, dəqiq və yoxlanılmış informasiya verməsi çox vacibdir. Bu məqsədlə tədris mərkəzi iqtisadi mövzularda yazan jurnalistlər üçün xüsusi təlimlər keçirəcək.

Milli.Az


Tags:  Trend mükafat aldı


RƏYLƏR


Top news