Azərbaycan ilə Rusiya arasında hərbi sahədə 2016-cı il üçün əməkdaşlıq planı imzalanıb

Azərbaycan ilə Rusiya arasında hərbi sahədə 2016-cı il üçün əməkdaşlıq planı imzalanıb
16:13 23 Dekabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 23 dekabr, AZƏRTAC
Moskvada səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov dekabrın 23-də Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə regional təhlükəsizliyin aktual məsələləri, həmçinin Rusiya ilə Azərbaycan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və vəziyyəti barədə fikir mübadiləsi aparılıb.
Müdafiə nazirləri hərbi sahədə 2016-cı il üçün əməkdaşlıq planını imzalayıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_ile_Rusiya_arasinda_herbi_sahede_2016_ci_il_uchun_emekdasliq_plani_imzalanib-913670

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR