Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Seminarda elmi mövzu üzrə məruzə dinlənilib

Seminarda elmi mövzu üzrə məruzə dinlənilib

Date: 23 December 2015 16:13


Bakı, 23 dekabr, AZƏRTAC 
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda geomexanika üzrə növbəti seminar keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbir Azərbaycan Milli Elmlər Akademiyasının rəyasət heyətinin müvafiq qərarı ilə Geologiya və Geofizika, Riyaziyyat və Mexanika institutları, Respublika Seysmoloji Xidmət Mərkəzi, Bakı Dövlət Universiteti, Türkiyənin Yıldız Texniki Universitetinin əməkdaşları tərəfindən birgə həyata keçirilən “Geomexanikanın fənlərarası problemlərinin nəzəri və eksperimental tədqiqatlar kompleksi” mövzusunda layihə çərçivəsində reallaşıb.
Seminarda texnika elmləri doktoru Anatoliy Strekov “İstismarın son mərhələsində olan neft yataqlarında işlənilmənin effektivliyinin artırılmasının eksperimental və nəzəri tədqiqatları” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə qeyd olunub ki, son neftvermə əmsalının artırılmasının təmin olunma məsələsində neftçıxarmanın məlum metodlarının imkanlarına həsr olunmuş elmi tədqiqat nəticələrinin icmalı yerinə yetirilib.
Neftvermə əmsalına mənfi təsir edən faktorlar müəyyənləşdirilib və onların təsirinin minimumlaşdırılması üsullarının inkişaf etdirilməsi üçün yeni eksperimental tədqiqatların aparılması əsaslandırılıb.
Aktiv su məhlullarının alınması üçün layların minerallaşmış sularına sabit elektrik cərəyanı ilə təsiri üzrə aparılmış eksperimentlərin nəticələri şərh olunub.
Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.

Tags:  Seminarda elmi mövzu üzrə məruzə dinlənilib


RƏYLƏR


Top news