Azərbaycan idmançılarının 2015-ci ildə qazandıqları medalların sayı açıqlanıb

Azərbaycan idmançılarının 2015-ci ildə qazandıqları medalların sayı açıqlanıb
16:17 23 Dekabr 2015
20 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 dekabr. REPORT.AZ/ Azərbaycan idmançıları bu il "Bakı 2015" I Avropa Oyunları, dünya və qitə çempionatları, eləcə də digər beynəlxalq yarışlarda üst-üstə 823 medal qazanıblar. Bu barədə "Report"a Gənclər və İdman Nazirliyinin Tətbiqi idman növləri sektorunun müdiri Cəbrayıl Həsənov məlumat verib. 
Onun sözlərinə görə, medallardan 321-i qızıl, 222-si gümüş, 280-i bürünc əyarlı olub. Olimpiya növləri üzrə medalların sayı isə 105-i qızıl, 61-i gümüş və 131-i bürünc olmaqla, 297-yə çatıb. 
Qeyd edək ki, 2014-cü ildə Azərbaycan idmançıları mötəbər beynəlxalq yarışlarda 805 medal qazanıblar. Bu medallardan 275-i qızıl, 255-i gümüş, 275-i isə bürünc olub. Olimpiya növləri üzrə medalların sayı isə 278-ə (89 qızıl, 80 gümüş, 109 bürünc) çatıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/ferdi/azerbaycan-idmancilari-2015-qazandiqlari-medallar

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR