Bakıda lift zirzəmiyə düşdü, 8 yaralı var

Bakıda lift zirzəmiyə düşdü, 8 yaralı var
16:21 23 Dekabr 2015
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Nərimanov rayonunda
yerləşən hündürmərtəbəli binalardan birinin liftində qəza baş verib. Hadisə nəticəsində liftdə olan 8 nəfər xəsarət alıb.

ANS PRESS-in məlumatına görə, lift 3-cü mərtəbədən qəfil sürətlə zirzəmiyə enib. Bu zaman içərisində olan 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov hadisə yerində olub. Onun sözlərinə görə, hadisə liftdə ağırlığın çox olmasına görə baş verib: "Lift 5-6 nəfər üçün nəzərdə tutulub, amma liftə 8 nəfər minib. Xoşbəxtlikdən liftin zənciri qırılmayıb və buna görə, sərnişinlər ağır xəsarət almayıblar".


Şahmar İbadov - Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini

Bina sakinlərinin sözlərinə əsasən, liftdə 5 nəfər böyük, 5 azyaşlı uşaq olub. Onların hamısı 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) aparılıb. Daha sonra xəsarət alanlardan 4-ü evə buraxılıb, 4-ü isə müalicənin davamı üçün xəstəxanada qalıb.

1 saylı Şəhər Kliniki Xəstəxanasından (Semaşko) faktı təsdiqlədilər və hazırda reanimasiya şöbəsində 3 nəfərin olduğunu dedilər: "Xəstələr bizə günorta saatlarında gətirilib. Onlardan biri azyaşlıdır. Digər iki nəfər ər-arvaddır".

Sakinlər daha öncə belə hadisə baş vermədiyini desələr də, liftə qalanların çox olduğunu bildiriblər. Onlar düşünürlər ki, bina tikilərkən ustalar ağır tikinti materiallarını liftlə daşıyaraq onu zədələyiblər.

Hazırda Nərimanov rayon prokuroru və Nərimanov rayon polis idarəsinin18-ci polis bölməsinin əməkdaşları sözügedən binadadır və əraziyə baxış keçirirlər.





Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=367986

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR