Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​AZAL aviabilet qiymətlərini aşağı salmaq imkanlarını araşdırır

​AZAL aviabilet qiymətlərini aşağı salmaq imkanlarını araşdırır

Date: 23 December 2015 16:22

Bakı. 23 dekabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının manatın üzən məzənnəyə keçidi barədə qərarı ilə əlaqədar olaraq bu gün “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin İdarə Heyətinin növbədənkənar iclası keçirilib.
“Report” QSC-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, keçirilən iclasda “AZAL”ın prezidenti Cahangir Əsgərov Azərbaycanın hava limanlarından olan uçuşlara aviabilet qiymətlərinin aşağı salınması imkanlarını nəzərdən keçirməyi tapşırıb.
İclasda 30 gün ərzində Moskva, Sankt-Peterburq, Kazan, Mineralnıe Vodı, İstanbul, Ankara, Antalya, Təl-Əviv, Tehran, Dubay, Aktau, Kiyev, Lvov, Minsk, Tbilisi və s. kimi şəhərlərə aviabilet qiymətlərinin optimallaşdırılması imkanlarını nəzərdən keçirmək və İdarə Heyətinin növbədənkənar iclasında məruzə etmək qərara alınıb.
Qəbul edilən qərarlar barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Tags:  AZAL aviabilet qiymətlərini aşağı salmaq imkanlarını araşdırır

RƏYLƏR


Top news