Aviabiletlərin qiymətləri aşağı salına bilər - AZAL-ın növbədənkənar iclası

Aviabiletlərin qiymətləri aşağı salına bilər - AZAL-ın növbədənkənar iclası
16:24 23 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan Mərkəzi Bankının manatın üzən məzənnəyə keçidi barədə qərarı ilə əlaqədar olaraq dekabrın 23-də "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) İdarə Heyətinin növbədənkənar iclası keçirilib.

 

AZAL-ın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, QSC-nin prezidenti Cahangir Əsgərov iclasda Azərbaycan hava limanlarından olan uçuşlara aviabilet qiymətinin aşağı salınması imkanlarını nəzərdən keçirməyi tapşırıb.

 

30 gün ərzində Moskva, Sankt-Peterburq, Kazan, Mineralnıye Vodı, İstanbul, Ankara, Antalya, Təl-Əviv, Tehran, Dubay, Aktau, Kiyev, Lvov, Minsk, Tbilisi və s. kimi şəhərlərə aviabilet qiymətlərinin optimallaşdırılması imkanlarını nəzərdən keçirmək və İdarə Heyətinin növbədənkənar iclasında məruzə etmək qərara alınıb.

 

Qəbul olunmuş qərarlar barədə ictimaiyyətə geniş məlumat veriləcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226306

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR