Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mixael Şumaxerin son vəziyyəti açıqlanıb

Mixael Şumaxerin son vəziyyəti açıqlanıb

Date: 23 December 2015 16:28


Bakı, 23 dekabr, AZƏRTAC
“Formula-1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin səhhətində yaranan son vəziyyəti ilə bağlı deyilənlər həqiqəti əks etdirmir.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, belə bir açıqlama ilə Şumaxerin meneceri Sabina Kem çıxış edib. Pilotun vəziyyətinin müsbətə doğru getdiyinə dair xəbərləri təqzib edən menedcer bu məsələdə mətbuatı kəskin qınayıb. Onun sözlərinə görə, Şumaxerin xəstəliyinin ciddiliyini nəzərə almaqla bu kimi açiqlamalar vermək tam bir məsuliyyətsizlikdir.
Qeyd edək ki, Şumaxer qəzadan sonrakı həyatını yataq xəstəsi olaraq keçirir. İki il öncə keçirdiyi xizək qəzası nəticəsində komaya düşən 46 yaşlı Şumaxerin hazırda müalicəsi evdə bir qrup həkim və terapevt tərəfindən davam etdirilir.

Tags:  Mixael Şumaxerin son vəziyyəti açıqlanıb


RƏYLƏR


Top news