Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

AZAL aviabiletlərin qiymətinin aşağı salınması imkanlarını nəzərdən keçirir

AZAL Novruz bayramı müddətində yaz aksiyası barədə elan edir (16 Mart 2017 16:32)
AZAL "Vnukovo" aeroportundan Gəncə və Qəbələyə müntəzəm reyslərə başlayır - FOTO (15 Mart 2017 14:37)
Galaxy S7 və S7 Edge ucuzlaşdı (11 Mart 2017 07:12)

Tarix: 23 Dekabr 2015 16:38


Bakı, 23 dekabr, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının manatın üzən məzənnəyə keçidi barədə qərarı ilə əlaqədar olaraq dekabrın 23-də "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin İdarə Heyətinin növbədənkənar iclası keçirilib.
“Azərbaycan Hava Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, QSC-nin prezidenti Cahangir Əsgərov iclasda Azərbaycan Respublikasının aeroportlarından həyata keçirilən uçuşlara aviabilet qiymətinin aşağı salınması imkanlarını nəzərdən keçirməyi tapşırıb.
30 gün ərzində Moskva, Sankt-Peterburq, Kazan, Mineralnıye Vodı, İstanbul, Ankara, Antalya, Təl-Əviv, Tehran, Dubay, Aktau, Kiyev, Lvov, Minsk, Tbilisi və sairə şəhərlərə aviabilet qiymətlərinin optimallaşdırılması imkanlarını nəzərdən keçirmək və İdarə Heyətinin növbədənkənar iclasında məruzə etmək qərara alınıb.
Qəbul olunmuş qərarlar barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Teqlər:  AZAL aviabiletlərin qiymətinin aşağı salınması imkanlarını nəzərdən keçirir



RƏYLƏR


Top xəbərlər