Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakıda liftdəki nasazlıq səbəbindən 7 nəfərin xəsarət alması ilə bağlı cinayət işi açıldı

Bakıda liftdəki nasazlıq səbəbindən 7 nəfərin xəsarət alması ilə bağlı cinayət işi açıldı

Maşın dərəyə aşdı, 2 nəfər xəsarət aldı (26 Mart 2017 01:44)
Qəzada 2 nəfər xəsarət aldı (25 Mart 2017 23:24)
Bakıda qəza: 2 nəfər yaralandı (25 Mart 2017 23:05)

Tarix: 23 Dekabr 2015 16:48

Bakı. Trend:

Bakıda liftin şaxtaya düşməsi nəticəsində 7 nəfərin xəsarət alması ilə bağlı cinayət işi açıldı.

Bakı şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, dekabrın 23-də saat 08:30 radələrində paytaxtın Nərimanov rayonu ərazisində “Yeni inşaat” MTK-ya məxsus yaşayış binasının liftində yaranmış nasazlıqla əlaqədar 13-cü mərtəbədən şaxtaya düşməsi nəticəsində liftdə olan binanın 9 sakinindən Camal Abışov, Günay Abışova, Nəzrin Məmmədova, Humay Əfəndiyeva, Xalıq Məmmədov, Niyaz Məmmədov və Oruc Baxşəliyevin müxtəlif dərəcəli bədən xəsarətləri almaları faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Zərərçəkmiş şəxslərdən X.Məmmədov, N.Məmmədov və O.Baxşəliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digərlərinin isə müalicəsi davam etdirilir.

Prokurorluq və polis orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının, məhkəmə-tibb ekspertinin və “Baklifttəmir” İstehsalat Birliyinin mütəxəsislərinin iştirakları ilə hadisə yerinə baxış keçirilib, iş üzrə müvafiq ekspertizalar təyin edilib, digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Cinayət işinin istintaqı nəzarətə götürülməklə hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Bizi Twitter-dən izləyin: @trend_az


Teqlər:  Bakıda liftdəki nasazlıq səbəbindən nəfərin xəsarət alması bağlı cinayət işi açıldı



RƏYLƏR


Top xəbərlər