Müğənnilər "zilə qalxdılar": "Bu adamlarda insaf deyilən şey yoxdur"

Müğənnilər "zilə qalxdılar": "Bu adamlarda insaf deyilən şey yoxdur"
17:05 23 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Sənət aləminin tanınmış simaları son günlər bahalaşan ərzaq məhsulları ilə bağlı fikirlərini bildiriblər. 

Axşam.az tanınmışların sosial şəbəkədə bölüşdükləri fikirləri təqdim edir:

Əməkdar artist Abbas Bağırov:

"Bu adamlarda insaf deyilən bir şey yoxdur. Bu meyvənin, suyu da, gübrəsi də yerlidir, torpağı da Azərbaycandır. Niyə yerli meyvəni dollarla satırlar?"

Müğənni Emma Ələkbərzadə:

"10 manat 50 qəpik olan uşaq yeməyi, 14 manat 50 qəpik olub. 14-15 manatlıq uşaq bezləri 17 manat olub. Yaşayaq, insanlar. Hər şeyi balalarımıza qurban edək. Təki balaların canı sağlam, qarnı tox olsun. Bizə bundan başqa heç nə lazım deyil".

Müğənni Elvin Abdullayev:

"Bu gün səslənən bütün dualara "Amin" deyirəm. Allah heç kəsi əlacsız qoymasın, insanları bir-birinə möhtac etməsin. İnanıram ki, hər şey yoluna düşəcək. Hər gün neqativ, bədbin fikirlərə dalmayın. Hər bir ailəyə ruzili, xoş günlər arzu edirəm".

Aparıcı Murad Əzimzadə:

"Gedəsən Ukraynada yaşayasan, sevəsən, uşaqların da ola. Sonra? Yox, qayıtmayasan, elə orada da öləsən. Vətən ölmək üçün də sərf etmir. Çox bahalıqdır, qədeş".

Prodüser Tolik:

"Allah ölkəmizdə insanların yaxşılığını düşünən adamları var eləsin. Amma hər şeydən istifadə edib insanların günün-güzəranın pis edənləri Allah cəzalandırsın. Dünən bəzi mağaza sahibləri məkanı bağlayıb, insanları təlaşa salmağa çalışdılar. Amma anlamırlar ki, dünyanın ən varlı insanları da bir gün içində müflis olurlar. Ey xalqın hesabına marketlər açıb, özlərini biznesmen hesab edənlər, qorxun. Bəzi nazirlərin aqibətinə baxın, siz onların yanında heç qarışqa da deyilsiniz. Xalqın hissləri ilə oynamayın. İnşallah, bəyanat verilib, süni qiymət qaldıranlar cəzalandırılacaqlar".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/392564.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR