"Neftçi"nin yeni baş məşqçisinin adı açıqlandı

"Neftçi"nin yeni baş məşqçisinin adı açıqlandı
17:07 23 Dekabr 2015
35 İdman
Ölkə mətbuatı
A- A+

"Neftçi"nin demək olar ki, yeni baş məşqçisinin adına aydınlıq gəlib. Əsgər Abdullayevin baş məşqçi postundan ayrılmasından sonra klubun Müşahidə Şurası aradığını Serbiyada tapıb.

Fanat.az Serbiyanın məşhur "Sportski Jurnal"ına istinadən xəbər verir ki, yeni məşqçi Milan Rastavats ola bilər.

Belə ki, hazırda Serbiyanın 23 yaşadək (U-23) komandasını çalışdıran Rastavats "Neftçi"dən cəlbedici təklif alıb. Menecerlərin bu təklifini isə serb məşqçi geri çevirməyib.

Ancaq dünən qətərli həmyaşıdlarını 3:0 hesabı ilə məğlub edən Serbiya U-23-ü İspaniyaya qısa səfərə hazırlaşır. Həmin səfərdən sonra Rastavatsın "Neftçi"yə konkret cavab verəcəyi gözlənilir.

Qeyd edək ki, "Mima" ləqəbli 42 yaşlı Milan Rastavats Serbiya U-23-ü ilə paralel Niş "Radniçki"sini də çalışdırır. O, "Neftçi"yə gəlmək üçün bu klubla, eləcə də Serbiya Futbol Assosiasiyası ilə müqaviləsinə xitam verməlidir.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotneftciquotnin-yeni-ba-mqcisinin-ad-acqland-t46368.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR